Borrel G20-ni Rusiyaya təzyiq göstərməyə çağırdı

 17:01 03.08.2023     292

Avropa İttifaqı G20 ölkələrini taxıl sazişinə qayıtmaq üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.

Redaktor.az "France-Presse"ə istinadla xəbər verir ki, Avropa İttifaqı (Aİ) xarici siyasət idarəsinin başçısı Josep Borrelin G20 xarici işlər nazirlərinə məktubunda deyilir.

"Rusiyanı danışıqlara qayıtmağa, həmçinin Ukraynanın kənd təsərrüfatı infrastrukturuna zərbələr endirməkdən çəkinməyə çağırmaq üçün sizdən dəstəyinizi xahiş etmək istərdim" - məktubda dildirilir.

Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiyanın taxıl sazişinə qayıtması realdır, lakin bunun üçün Rusiya Federasiyası qarşısında öhdəliklərin yerinə yetirilməsi, o cümlədən Rosselxozbank-ın SWIFT-dən ayrılmasına dair məhdudiyyətlərin aradan qaldırılması tələb olunur.

Xatırladaq ki, taxıl sazişi iyulun 18-də Rusiya tərəfindən dayandırılıb.

Turan İSMAYIL