Türkiyə Ordusuna yeni Baş Qərargah rəisi təyin edildi

 17:33 03.08.2023     394

Türkiyə Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olunub.

Redaktor.az xəbər verir ki, bu barədə qərar Ali Hərbi Şuranın (YAŞ) avqustun 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında qəbul olunub.

Bu vəzifəyə ordu generalı Metin Gürak gətirilib. O, indiyədək İkinci Ordu Korpusunun komandanı olub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin əvvəlki Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər iyunun 3-də milli müdafiə naziri təyin olunub.

Həmin vaxtdan Baş Qərargah rəisi vəzifəsi boş idi.