Belarusdan Polşa sərhədçilərinə hücum oldu
Bu gün qanunsuz miqrantlar Polşa-Belarus sərhədini keçmək istəyərkən Polşa patrullarına hücum edərək onlara fişənglər atıblar.
Redaktor.az xəbər verir ki, bu barədə Polşa sərhəd xidmətinin rəsmi tviter səhifəsində məlumat verilib.
"Bu gün səhər saatlarında Dubitsa Tserkevnadakı sərhəd məntəqəsində Polşa xidmətinin patrulları Belarusdan Polşaya sərhədi keçən bir qrup əcnəbini saxlayıb. Bu zaman Belarus tərəfdən Polşa xidmətlərinə hücum edilib, onlara fişənglər atılıb" - açıqlamada deyilir.
Turan İSMAYIL