Ukraynada üç sovet abidəsi söküldü

 21:24 03.08.2023     329

Ukraynanın qərb vilayətlərində üç sovet abidəsi sökülüb. 

Bu barədə Redaktor.az “Tass”a istinadla xəbər verir.

Lvov vilayətinin Dolınyanı və Uqrı kəndlərində sovet əsgərlərinin abidələri, İvano-Frankovsk vilayətinin Voroxta kəndində isə Vətən abidəsi sökülüb.

Lvov Vilayət Hərbi İdarəsi daha əvvəl bildirmişdi ki, bu ilin əvvəlindən bölgədə 123 abidə sökülüb. 

Administrasiyanın rəhbəri Maksim Kozitski iyulun 1-də bildirib ki, hakimiyyət bu ilin sonuna qədər sovet dövründən qalan bütün abidələrdən xilas olmaq niyyətindədir.

Yusif  EYVAZLI