"Həbs olunmaq üçün Vaşinqtona gedirəm” - Tramp

 21:39 03.08.2023     272

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2021-ci ilin yanvarında Kapitoliyada baş verən iğtişaşlara görə məhkəmə qarşısına çıxmaq üçün Vaşinqtona getdiyini açıqlayıb.

Bu barədə Redaktor.az “TASS”a istinadən xəbər verir.

“Mən korrupsiya, saxtakarlıq və oğurlanmış seçkilərə meydan oxuduğum üçün həbs olunmaq üçün Vaşinqtona gedirəm”, o, “Truth Social” səhifəsində yazıb və əlavə edib ki, tərəfdarları üçün həbs olunmaqdan qürur duyur.

Respublikaçı 2020-ci ilin noyabrında seçkidə məğlub olmasına baxmayaraq, hakimiyyəti qanunsuz olaraq saxlamaq cəhdində ittiham olunur. 

Yusif  EYVAZLI