Çində yeniyetmələr üçün internetə giriş məhdudlaşdırıla bilər

 21:18 03.08.2023     231

Çində yeniyetmələr üçün internetə giriş məhdudlaşdırıla bilər.

Redaktor.az “apnews.com”a istinadən xəbər verir ki, bu təkliflə Çin Xalq Respublikasının (ÇXR) İnternet İnformasiyası Dövlət İdarəsi çıxış edib. 16-18 yaşlı yeniyetmələr üçün smartfonla internetdən istifadənin iki saat, 8-15 yaş arası olanlar üçün isə 40 dəqiqəyə kimi məhdudlaşdırılması təklif olunur.

İdarə hesab edir ki, qadağa vətəndaşların internet asılılığı ilə mübarizəsinə kömək edəcək (report).