Barbi üslubunda olan çəhrayı tabutlar məşhurlaşdı
Barbi kuklası üslubunda hazırlanmış çəhrayı tabutlar dəfn salonlarının müştəriləri arasında məşhurlaşıb.
Bu barədə Redaktor.az “Lenta.ru”ya istinadən xəbər verir.
Dəfn xidmətlərinin sahibləri bu məhsullara tələbatın yüksək olduğunu qeyd ediblər.
“Çəhrayı tabutlar düzəltmək istədik, çünki bu bir tendensiya idi və insanlar bizə gəlirdi. Onlarla maraqlanan 40 nəfərdən biz artıq ən azı on nəfərlə müqavilə imzalamışıq”,- İsaak Villeqas deyib.
Yusif EYVAZLI