Tayvanda “Kanun” qasırğası səbəbindən 120-dən çox aviareys təxirə salındı
Aviaşirkətlər “Kanun” qasırğası səbəbindən Tayvanda ən azı 126 reysi ləğv edib.
Redaktor.az xəbər verir ki, bu barədə adanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Onların arasında 80 daxili reys və 46-sı materik Çin şəhərlərinə və xarici ölkələrə uçuşlar var.
Bundan əlavə, Tayvan və yaxınlıqdakı arxipelaqlar arasında bərə reysləri müvəqqəti olaraq məhdudlaşdırılıb. Cümə axşamı və cümə günləri ümumilikdə 155 belə reys ləğv edilib. Təxminən 1700 Tayvanlı ev təsərrüfatları naqillərin qırılması və digər qəzalar səbəbindən işıqsız qalıb.
Hazırda tayfun Tayvanın 290 kilometr şimal-şərqində yerləşir. Onun mərkəzində küləyin sürəti 53 m/s-ə çatır. Cümə gecəsi Tayvana ən yaxın olacağı gözlənilir, lakin bir neçə saatdan sonra tayfun istiqamətini dəyişəcək və adanın şimal-şərqinə doğru hərəkət etməyə başlayacaq.
Qeyd edək ki, bundan öncə "kanun" Yaponiyanın ən cənubundakı Okinava prefekturasını vurub. Son məlumatlara görə, orada iki nəfər ölüb, daha 58 nəfər yaralanıb.
Turan İSMAYIL