Zelenski Ukraynada beynəlxalq müdafiə sənayesi forumunu elan etdi
Payızda Ukraynada müdafiə sənayesi üzrə beynəlxalq forumun keçirilməsi planlaşdırılır və bu foruma maksimum sayda xarici silah istehsalı şirkətləri cəlb olunacaq.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın xarici diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə bildirib.
“Müdafiə sənayesinin ilk forumu payızda Ukraynada keçiriləcək”, - prezident deyib.
Zelenski diplomatları tədbirlərə mümkün qədər çox xarici şirkət nümayəndələrinin qatılması üçün çalışmağa çağırıb. Ukraynanın dövlət başçısı vurğulayıb ki, müdafiə texnikasının istehsalını lokallaşdırmaq imkanları var, burada istehsalın xarici şirkətlərlə birləşdirilməsi mümkündür.
Turan İSMAYIL