ABŞ Polşa və Belarus sərhədində təhdidlərdən xəbərsizdir - Pentaqon
Birləşmiş Ştatlar hazırda Polşa və Belarus sərhədində heç bir gərginlik və artan risk müşahidə etmir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder brifinqdə bildirib.
"Hazırda Amerika qüvvələrinin hazırlığını dəyişdirmək üçün hər hansı plandan xəbərim yoxdur. Biz, əlbəttə ki, NATO-nun təhlükəsizliyinə sadiqik və Polşa müttəfiqlərimizlə əlaqələri davam etdirəcəyik" - o Varşavanın gərginliyin artması ilə bağlı bəyanatları fonunda Polşa və Belarus sərhədindəki vəziyyəti şərh edib.
"Hazırda transsərhəd əməliyyatlar riskinin artmasından xəbərim yoxdur" - deyə Ryder əlavə edib.
Turan İSMAYIL