Jirinovskinin qeyri-qanuni oğlu atalıq faktının tanınmasını tələb etdi

 13:51 04.08.2023     309

Rusiyalı siyasətçi Vladimir Jirinovskinin qeyri-qanuni oğlu Oleq Eydelşteyn siyasətçinin atalıq faktını tanımağı tələb edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Baza" telegram kanalı yazır.

Məlumata görə, 36 yaşlı Eydelşteyn məhkəməyə müraciət edib. O, Jirinovskinin irsinə sahib çıxmaq niyyətindədir.

İddia avqustun 2-də Nikulinski məhkəməsində qeydə alınıb.

Xatırladaq ki, Jirinovski ötən il aprelin 6-da vəfat edib. Onun İqor Lebedev adlı bir oğlu və Oleq Eydelşteyn və Anastasiya Botsan-Xarçenko adlı iki qeyri-qanuni övladı var.

Turan İSMAYIL