ABŞ-ın keçmiş kəşfiyyatçısından qalmaqallı Ukrayna açıqlaması

 14:11 04.08.2023     288

"Vaşinqtonun Kiyevə maliyyə yardımının böyük hissəsi korrupsioner Ukrayna rəsmilərinin cibinə gedir".

Redaktor.az xəbər verir ki, bunu ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Skott Ritter "Judging Freedom" YouTube kanalında bildirib.

Onun sözlərinə görə, ABŞ hökuməti bu barədə Amerika vətəndaşlarına birbaşa məlumat verə bilməz.

"O, etiraf etmək istəmir ki, biz planetin ən korrupsioner ölkəsini maliyyələşdiririk" - kəşfiyyatçı deyib.

Ritterin sözlərinə görə, ayrılan yardımın təxminən 60-70%-i Ukraynada oğurlana bilər. O, əmin olduğunu bildirib ki, ABŞ administrasiyası başa düşür ki, Ukraynanın korrupsioner məmurları tərəfindən belə həcmdə vəsait mənimsənilməsi Prezident Volodimir Zelenskiyə dəstək siyasətinin tam iflasa uğraması deməkdir.

Turan İSMAYIL