21 yaşlı sərxoş qız yeniyetmə oğlanı öldürdü

 15:50 04.08.2023     413

Rusiyanın Nijni Novqorod şəhərində 21 yaşlı qız birlikdə spirtli içki qəbul etdikləri 16 yaşlı oğlanı bıçaqlayaraq öldürüb.

Redaktor.az "mk.ru"ya istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə şöbəsindən məlumat verilib.

Cinayət avqustun 4-nə keçən gecə Karl Marks küçəsində yerləşən yaşayış binasında törədilib. Oğlanla qız eyni kampaniyada olublar və aralarında münaqişə yaranıb. Nəticədə qız bıçaqla yeniyetmənin sinəsinə xəsarət yetirib, o, yerindəcə keçinib.

Faktla bağlı adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Şübhəli həbs edilib və o, günahını etiraf edib.

Turan İSMAYIL