Çağırışçıların Rusiyanı tərk etmələri qadağan ediləcək - Putin İMZALADI

 15:56 04.08.2023     465

Rusiya Prezidenti Vladimir Putin hərbi qeydiyyata alınmalı olan vətəndaşların iş və ya təhsil yerinə çağırış vərəqəsi göndərildiyi gündən hərbi komissarlığa gələnə qədər Rusiyadan çıxmasına qadağa qoyan qanunu imzalayıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Qanun həmçinin çağırış vərəqəsinin çağırış reysterinə daxil olduğu gündən çağırışçıların Rusiyanı tərk etməsini qadağan edir.

Aydın olur ki, ölkədən çıxış qadağası vətəndaşın hərbi komissarlıqda olmasını təmin etmək məqsədi daşıyan müvəqqəti tədbir kimi tətbiq edilir. Çağırışçının Rusiya Federasiyasından çıxmasına qadağa qoyulması barədə qərar vətəndaşa çağırış vərəqəsinin göndərildiyi gün hərbi komissarlıq tərəfindən formalaşdırılacaq. Əvvəllər Rusiyadan çıxış qadağası çağırış vərəqəsinin təmin edildiyi hesab edilən andan qüvvədə idi.

Turan İSMAYIL