Rusiyada hərbi xidmətə çağırış yaşı ARTIRILDI
Rusiya Prezidenti Vladimir Putin 18-30 yaş arası vətəndaşların hərbi xidmətə çağırılmasını nəzərdə tutan qanunu imzalayıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Yeni normalara əsasən, Rusiya Federasiyasında hərbi yaşın yuxarı həddi üç il - 27 ildən 30 yaşa qədər artırılır. Aşağı hədd dəyişməz olaraq qalır.
Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Turan İSMAYIL