"Fransanın Əlcəzair və Ruandadakı hərəkətləri dünya tarixinə düşüb" - Ərdoğan

 16:15 04.08.2023     274

Nigerdəki üsyançıların Fransaya uran və qızıl ixracına qadağa qoyması bu ölkənin Paris tərəfindən illərlə sürdüyü zülmə cavab idi.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nigerdəki üsyançıların müvafiq qərarını şərh edərkən bildirib.

"Bu, Fransa ilə bağlı ilk belə hal deyil. Onların Əlcəzair və Ruandadakı hərəkətləri dünya tarixinə düşüb. Onlar (üsyançılar - red.) Fransaya qızıl və uran tədarükünü dayandırdılar, bu, bu ölkələrin illərlə sürdüyü zülmə cavabdır. Biz onlarla (Afrika ölkələri ilə) müsbət münasibətlər saxlamağa çalışırıq" - Türkiyə lideri deyib.

Turan İSMAYIL