ABŞ prezidentliyə namizəd Ukraynaya gəlib

 17:31 04.08.2023     289

ABŞ-ın Nyu-Cersi ştatının keçmiş qubernatoru, 2024-cü ildə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Kris Kristi Ukraynaya səfərə gəlib.

Redaktor.az "mk.ru"ya istinadla xəbər verir ki, Kristi belə bir səfər edən ikinci Respublikaçı namizəd oldu. Qeyd olunur ki, daha əvvəl oxşar səfəri iyun ayında Ukraynaya gələn ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens də etmişdi.

Kristi səfəri zamanı Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb, həmçinin Kiyev yaxınlığında keçən ilki döyüşlərin baş verdiyi yerlərə baş çəkib.

Turan İSMAYIL