"Siyasi rəqibim məni zəif iddialarla bombalayır" - Tramp

 17:48 04.08.2023     304

ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, Ali Məhkəmə işə qarışmalı və onu seçkiyə müdaxilə adlandırdığı bir sıra iddialardan qorumalıdır.

Redaktor.az xəbər verir ki, o, bu barədə "Truth Social"dakı hesabında yazıb.

Tramp məhkəmə proseslərini “zəif” hesab edib, lakin etiraf edib ki, onlara çoxlu vaxt və pul xərcləyib, onları seçki kampaniyasından qoparıb.

"Dəli! Siyasi rəqibim məni zəif iddialarla bombalayır... həll etmək üçün çox böyük vaxt və pul tələb edir. Reklam və mitinqlərə gedəcək resurslar indi ölkə boyu çoxsaylı məhkəmələrdə radikal solçu mafiozlarla mübarizəyə xərclənməlidir" - keçmiş prezident vurğulayıb.

2024-cü ildə yenidən seçilmək üçün namizədliyini irəli sürən siyasətçi "Bu, seçki prosesinə müdaxilədir və Ali Məhkəmə müdaxilə etməlidir" deyib.

Xatırladaq ki, ötən gün Tramp ona qarşı üçüncü məhkəmə prosesinin başladığı Vaşinqtonda məhkəməyə gələrək 2020-ci il seçkilərinin nəticələrini qanunsuz olaraq dəyişməyə cəhd ittihamlarını rədd edib.

Turan İSMAYIL