Brüssel həbsxanasına siçanlar axın edib

 18:11 04.08.2023     482

Belçikanın paytaxtı Brüsseldəki Saint Gilles həbsxanasında gigiyena qaydalarına riayət edilmədiyi üçün siçanlar axın edib.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, məhkumlar həbsxnada siçanların hədsiz dərəcədə artmasından şikayətçidirlər.

Saint Gilles Həbsxanasının sözçüsü Valerie Callebaut vəziyyəti ciddiyə aldıqlarını və məsələ ilə bağlı planı hazırladıqlarını söyləyib.

Qeyd  edək ki, Belçikada həbsxanalardakı əlverişsiz şərait tez-tez ölkənin gündəminə gəlir.

Humay İSGƏNDƏRLİ