Türkiyədə 90-a yaxın rusiyalı uşaq düşərgədən qovuldu - VİDEO

 18:25 04.08.2023     503

Türkiyədə 90-a yaxın uşaq rusiyalı turoperator onlara otel pulu vermədiyi üçün düşərgədən qovulub.

Redaktor.az xəbər verir ki, bu barədə "Baza" teleqram kanalında paylaşım edilib.

Türkiyədə istirahət edən qızın anasının sözlərinə görə, uşaqlar iyulun 19-da növbəyə başlayıblar:

""Hummingbird Tour" turoperatorundan alınan biletin qiyməti təxminən 70 min rubl idi . Lakin avqustun 1-dən 2-nə keçən gecə bütün uşaqlar qəfildən "Batont bağ resort" otelindən qovuldular - çünki "Hummingbird" onların yerləşdirilməsi üçün pul ödəməmişdi. Uşaqlar dedi ki, onlar praktiki olaraq parkda yerdə gecələyiblər. Yalnız növbəti axşama qədər yeni mənzil tapa bildilər - uşaqlardan pul yığdılar, avtobusa mindirdilər və başqa bir oteldə yerləşdilər, ancaq bir-iki günə. Bu gün yenə hamıdan sabaha qədər otaqlarını boşaltmaları tələb olundu".

Bildirilib ki, uşaqları bir neçə məsləhətçi müşayiət edir, lakin bundan sonra nə edəcəkləri barədə məlumatları yoxdur. Bəzi valideynlər övladlarının təhlükəsizliyindən narahat olduqları üçün artıq müxtəlif otellərdə yer bron edirlər. 

Qeyd edək ki, məsələ ilə bağlı Rospotrebnadzor-un mətbuat xidmətindən jurnalistlərə bildiriblər ki, qurum rusiyalı uşaqların türk düşərgəsindən çıxarılması ilə bağlı vəziyyəti nəzarətə götürüb.

"Xidmət yetkinlik yaşına çatmayanların valideynlərini turoperatora qarşı iddiaların tərtib edilməsində kömək üçün Rospotrebnadzorun ərazi orqanlarına müraciət etməyə, habelə istehlakçının hüquqlarının müdafiəsi üçün məhkəmədə qrup iddiası qaldırmağın mümkünlüyü məsələsini həll etməyə çağırır”, - mətbuat xidməti izah edib.

Turan İSMAYIL