Ukraynanın sanskiya tətbiq etdiyi Rusiya şirkətlərinin sayı AÇIQLANDI

 18:45 04.08.2023     321

2022-2023-cü illər ərzində Ukrayna hakimiyyəti 4 min rus şirkətinə qarşı sanksiya tətbiq edib və Rusiya Federasiyasının 5 milyard dollardan çox aktivinə həbs qoyub.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidməti bildirib.

"2022-2023-cü illər ərzində UTX-nin materiallarına görə, Rusiya oliqarxlarının təxminən 190 milyard qriven (5,143 milyard dollar) dəyərində biznes aktivləri həbs edilib. Xüsusilə, söhbət onlarla müəssisənin korporativ hüquqlarından və daşınmaz əmlakından gedir. Benefisiarları Rusiya korporasiyaları olan Rosneft , Rosatom, Qazprom, Rostec, Rusal, HMS Group, Tatneft, banklar və s.

Bundan əlavə, kəşfiyyat xidməti qeyd edib ki, UTX-nin təşəbbüsü ilə 4000-dən çox Rusiya şirkətinə qarşı iqtisadi sanksiyalar tətbiq edilib.

Həmçinin qeyd edilir ki, UTX Ukraynaya qarşı müharibədə iştirak edən Rusiya bizneslərinin siyahısını tərtib edib və “iştirak edən hər bir şəxsi hərtərəfli yoxlayır”. Toplanmış materiallar üzrə Ukrayna Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi açlıb və bütün materiallar beynəlxalq tribunala göndəriləcək.

Turan İSMAYIL