Bolqarıstan 100-ə yaxın zirehli texnikanı Ukraynaya verir

 19:02 04.08.2023     365

Bolqarıstan hakimiyyəti Kiyevə 100-ə yaxın zirehli transportyorun çatdırılmasını təsdiqləyib.

Redaktor.az "mk.ru"ya istinadla xəbər verir ki, bu barədə Bolqarıstanın Milli Radiosu (BNR) məlumat yayıb.

Bildirilib ki, onlar Ukraynaya Bolqarıstan Daxili İşlər Nazirliyinin hazırda istifadə etmədiyi 100-ə yaxın zirehli transportyor göndərməyi planlaşdırırlar. Qeyd olunub ki, razılıqlar Ukrayna prezidenti Volodimir Zelenskinin Sofiyaya son səfəri zamanı əldə olunub.

Məlumdur ki, Kiyevə təhvil veriləcək texnika Bolqarıstan Daxili İşlər Nazirliyinin ehtiyacları üçün köhnəlmiş kimi tanınıb. Bundan əlavə, son 25 ildə bu avadanlıqların saxlanması və təmiri büdcədən böyük maliyyə xərcləri tələb edib.

Turan İSMAYIL