Səudiyyə Ərəbistanı Ukrayna ilə bağlı niyyətini təsdiqlədi
Səudiyyə Ərəbistanı Rusiya və Ukrayna arasında münaqişənin həlli üzrə məsləhətləşmələr üçün platforma təqdim etmək niyyətini təsdiqləyib.
Redaktor.az xəbər verir ki, görüş avqustun 5-də Ciddədə toplanacaq bir neçə dövlətin milli təhlükəsizlik müşavirləri səviyyəsində keçiriləcək.
“Səudiyyə Ərəbistanı avqustun 5-də, şənbə günü Ciddə şəhərində Ukrayna böhranı ilə bağlı milli təhlükəsizlik müşavirləri və bir sıra ölkələrin nümayəndələrinin görüşü keçirəcək”, - deyə Səudiyyə Press Agentliyi bildirib.
Yusif EYVAZLI