Dil imtahanından keçməyən ruslardan Latviyanı tərk etmələri tələb olunacaq

 23:12 04.08.2023     352

Latviyada daimi yaşamaq icazəsi olan dil imtahanından keçməyən 6 minə yaxın rusiyalı ölkəni tərk edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə qərar sentyabrdan qəbul olunacaq.

Latviyanı tərk etmək tələbi ilə məktublar alan Rusiya Federasiyası vətəndaşları üç ay ərzində ölkəni tərk etməli olacaqlar.

Eyni zamanda, əmrin yerinə yetirilməməsi cinayət məsuliyyəti yaratmayacaq.

Amma Latviya dili imtahanından keçməyən Rusiya vətəndaşları cərimələnə bilər (apa).