Ukraynalılar F-16 təlimlərini bu ölkədə keçə bilərlər

 09:09 05.08.2023     394

ABŞ Puerto-Rikoda yerləşən köhnə hərbi-dəniz bazasını ukraynalı pilotların F-16 qırıcıları üzrə təlimlərində istifadə etməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə "Press Latina" nəşri yazıb.

Bildirilib ki, bazanın fəaliyyəti 2004-cü ildə dayandırılsa da, Vaşinqton ondan istifadə hüququnu özündə saxlayır.

Qeyd edək ki, bir müddət öncə Ukrayna Prezidenti Volodimir Zelenski avqust ayında ukraynalı pilotların F-16 təyyarələrində təliminin başlayacağına ümid etdiyini bildirmişdi.