Rusiya yeni kamikadze dron yaradır

 10:18 05.08.2023     1189

Rusiya yeni kamikadze dronun istehsalına başlayıb.

Redaktor.az “Gazeta.ru” portalına istinadən xəbər verir ki, sözügedən pilotsuz uçuş aparatı “Qastello” adlandırılıb.

Məlumata görə, bu dron hazırda Ukraynada davam edən xüsusi hərbi əməliyyat iştirakçılarının istəkləri nəzərə alınaraq yaradılır. 

“Qastello” gecə uçuş həyata keçirmək imkanlarına sahib olacaq.