İmran Xan azadlıqdan məhrum EDİLDİ

 12:39 05.08.2023     513

Pakistanın keçmiş Baş naziri İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Dawn” qəzeti yayıb.

İmran Xan nazir korrupsiyada təqsirli bilinib. Məhkəmənin qərarına əsasən o, həmçinin 1209 dollar həcmində cərimə ödəməli olacaq. 

Xatırladaq ki, İmran Xana qarşı çox sayda ittiham irəli sürülüb. O, xüsusilə də həyat yoldaşı Büşra Bibi ilə korrupsiyada da ittiham olunur. İttihamlara görə, onlar ailəvi “Al Qadir Trust” fondundan istifadə edərək dövlət büdcəsindən təqribən 175 milyon dollar mənimsəyiblər. İmran Xan mayın 9-u saxlanılıb və mayın 12-si girov müqabilində 2 həftəlik azadlığa buraxılıb.