Ermənistan Penitensiar Xidmətinin rəhbəri vəzifəsindən azad edildi
Ermənistan Baş naziri Nikol Paşinyan Penitensiar Xidmətin rəhbəri Sergey Atovmyanı vəzifəsindən azad edib.
Redaktor.az xəbər verir ki, müvafiq sərəncam Ermənistan hökumətinin saytında dərc edilib.
Qeyd edək ki, 2019-2021-ci illərdə Atovmyan Ermənistan parlamentinin deputatı olub, əvvəl isə o, Ararat vilayətinin qubernatorunun müavini olub.
Atovmyan Ermənistan Baş nazirinin 15 sentyabr 2021-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyinin Penitensiat Xidmətinin rəisi təyin edilib.