Türkiyədə 3 terroruçu zərərsizləşdirildi

 17:33 05.08.2023     238

Türkiyənin Mardin şəhərinin Nusaybin rayonunda terrorçulara qarşı əməliyyat keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Pilotsuz uçuş aparatları (PUA) tərəfindən aşkarlanan terrorçular Hərbi Hava Qüvvələri Komandanlığının F-16 və ATAK helikopterləri ilə atəşə tutulub.

Əməliyyat zamanı 3 terrorçu zərərsizləşdirilib.