Hakan Fidan ukraynalı həmkarı ilə "Taxıl sazişi"ni müzakirə etdi

 19:34 05.08.2023     305

"Qara Dəniz Taxıl Təşəbbüsünü müzakirə etmək üçün Türkiyə XİN rəhbəri Hakan Fidan ilə danışdım".

Redaktor.az xəbər verir ki bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.

"Telefon söhbətimizdə Rusiyanın sazişdən geri çəkilməsinin Afrika ölkələrinə və qlobal ərzaq təhlükəsizliyinə zərərli təsirini vurğuladım. Türkiyə razılaşmanın bərpası üçün səylərini davam etdirəcək. Ukrayna və Türkiyə arasında ikitərəfli təmasların qrafikini də müzakirə etdik", Ukrayna XİN rəhbəri qeyd edib (apa).