Anomal istilər İtaliyada ölüm hallarının artmasına səbəb oldu

 21:27 05.08.2023     317

İyulda qeydə alınan rekord istilik İtaliyanın cənub və mərkəzi bölgələrində ölüm hallarının 7% artmasına səbəb olub.

Redaktor.az xəbər verir ki, bu barədə İtaliya Səhiyyə Nazirliyinin hesabatında deyilir.

Sənəddə qeyd edilir ki, ən ciddi artım Neapol (+10%), Bari (+50%), Taranto (+42%), və Kataniyada (+34%) müşahidə edilir. Artım əsasən 75-84 yaş qruplarına aiddir (apa).