Gürcüstanda təbii fəlakət qurbanlarının sayı 17-yə çatdı

 23:59 05.08.2023     335

Gürcüstanın qərbindəki Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı yenidən artıb.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daha iki nəfərin cəsədi torpağın altından çıxarılıb. Bununla da torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 17-ya çatıb.

Həlak olanların 7-sinin kimliyi artıq müəyyən olunub (report).