Türkiyəyə keçmək istəyən PKK terrorçuları SAXLANILDI

 15:10 06.08.2023     319

Suriyadan qeyri-qanuni yollarla Türkiyəyə keçmək istəyən 6 nəfər yaxalanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Terrora və terrorçulara keçid yoxdur! Sərhəd Qartallarımız Suriyadan qeyri-qanuni yollarla ölkəmizə keçmək istəyən 6 nəfəri yaxalayıb. Araşdırmalar nəticəsində həbs edilən şəxslərdən 4-nün PKK terror təşkilatının üzvü olduğu müəyyən edilib", - nazirliyin məlumatında deyilir (report).