Mərakeşdə ağır yol qəzası baş verdi, 24 nəfər öldü

 17:59 06.08.2023     267

Mərakeşin mərkəzində avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı azı 24 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə “Maghreb Arabe Press” informasiya agentliyi yerli orqanlara istinadən məlumat yayıb.

Bildirilib ki, yol-nəqliyyat hadisəsi Azilal əyalətində magistral yolda baş verib. Belə ki, əyalətin qərbindəki Demnat şəhərinə doğru gedən avtobus döngələrin birində aşıb.

Yerli məmurlar, mülki müdafiə işçiləri və Krallıq Jandarmının əməkdaşları olay yerinə gəlib.

Faktla bağlı araşdırma aparılır (report).