Yaponiyada güclü zəlzələ oldu

 23:18 06.08.2023     452

Yaponiya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 17800 nəfərin yaşadığı Nişinomote şəhərindən 37 kilometr şimal-şərqdə yerləşib.

Zəlzələ ocağı yerin13 kilometr dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Sunami təhlükəsi qeydə alınmayıb (apa).