Rusiyanın Ukraynadakı canlı itkisi 250 mini KEÇDİ

 10:22 07.08.2023     281

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 250240 (+540) nəfər canlı qüvvəsi, 4244 (+7) tank, 8270 (+8) ədəd zirehli döyüş maşını, 4977 (+12) ədəd artileriya sistemi, 709 (+4) reaktiv yaylım atəşi sistemi, 467 (+1) hava hücumundan müdafiə sistemi, 315 (+0) təyyarə, 311 (+0) helikopter, 4154 (+28) PUA, 1377 (+18) qanadlı raket, 18 (+0) gəmi, 7451 (+10) avtomobil texnikası və avtosistern, 735 (+1) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

2