İstanbul səmasında görünən parlaq işıq nədir?

 10:53 07.08.2023     287

Türkiyənin İstanbul da daxil olmaqla bir neçə şəhərində saat 02:20 radələrində səmada görünən parlaq işıq kütləsi sürətlə aşağı enib, parlaqlaşıb və yox olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Sosial mediada canlı yayım edən insanların lentə aldığı görüntülərdə yerə enən işıq kütləsinin daha sonra parıldayaraq yoxa çıxdığı görünür.

Parlaq işığın bir meteoritə aid ola biləcəyi ilə bağlı fikirlər irəli sürülüb.

Humay İSGƏNDƏRLİ