Aİ bəzi missiyalarını Nigerdən evakuasiya etmək niyyətində deyil

 12:46 07.08.2023     427

Avropa İttifaqının (Aİ) Nigerdəki bir neçə missiyası ölkəni tərk etməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti Avropa mənbələrinə istinadən məlumat yayıb.

Nəşr iddia edir ki, Aİ-nin polisə təlim keçmək və sərhədləri qorumaq missiyası Afrika ölkəsində qalacaq. Bundan əlavə, Nigerdən humanitar missiyanın təxliyyə edilməsi planı yoxdur.

Avqustun 1-də Aİ-nin xarici siyasət sözçüsü Nabila Massrali bildirib ki, Aİ Nigerdəki missiyasının əməkdaşlarına ölkəni tərk etməyə icazə verib, lakin missiyanın təxliyəsi ilə bağlı rəsmi qərar qəbul edilməyib.

Turan İSMAYIL