Yanğınla mübarizə aparan iki helikopter toqquşdu - 3 nəfər öldü

 12:53 07.08.2023     648

Kaliforniyanın cənubunda yanğınla mübarizə aparan iki helikopterin toqquşması nəticəsində 3 nəfər həlak olub.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə xidmətlərinə istinadən ABC telekanalı məlumat yayıb.

"Yanğınla mübarizə aparan zaman iki helikopter toqquşub. Birinci helikopter hadisə yerinə təhlükəsiz eniş etməyi bacarıb. Təəssüf ki, ikinci helikopter qəzaya uğrayıb və nəticədə hər üç ekipaj üzvü həlak olub", - Cənubi Kaliforniya Yanğınsöndürmə İdarəsinin rəisi Devid Fulçer bildirib. Onun sözlərinə görə, ekipajın tərkibinə iki yanğınsöndürən və bir pilot daxildir.

Telekanalın məlumatına görə, Kaliforniyanın cənubunda Pipeline Road şossesi yaxınlığındakı meşə yanğınını söndürmək üçün helikopterlər cəlb edilib.

Turan İSMAYIL