15 yaşlı qız narkotikdən öldü

 13:46 07.08.2023     335

Rusiyanın paytaxtı Moskva xəstəxanalarından birində 15 yaşlı qız həddindən artıq dozada narkotik qəbulundan ölüb. 

Redaktor.az "MK"ya istinadla xəbər verir ki, hadisə bazar günü günorta saatlarında Başlyayeva adına Uşaq Xəstəxanasında baş verib.

Bildirilib ki, paytaxtın Şimal-Qərb rayon sakini ağır vəziyyətdə orada xəstəxanaya yerləşdirilib. 15 yaşlı qızın dostu deyib ki, bir gün əvvəl dostlarının əhatəsində naməlum şəxsdən aldığı dərmandan istifadə edib. Nəticədə qız xəstələnib, xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Mərhumun anası izah edib ki, qızı bu yaxınlarda abort etdirib, ondan sonra yetkinlik yaşına çatmayanlarla iş üzrə müfəttişlik qeydiyyatında olub.

Turan İSMAYIL