Daha 22 ukraynalı hərbçi əsirlikdən qaytarıldı - FOTO

 13:55 07.08.2023     301

Ukrayna Silahlı Qüvvələrinin 22 hərbçisi əsirlikdən Ukraynaya qayıdıb.

Redaktor.az RBC-Ukrayna-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak öz Telegram kanalında bildirib.

Onun sözlərinə görə, qayıdan əsgərlər arasında yaralılar da var. Yermak deyib ki, döyüşçülər tezliklə fiziki və psixoloji reabilitasiya kursundan keçəcəklər. Rusiya Müdafiə Nazirliyi hələlik bu məlumatı şərh etməyib.

"Bu gün daha 22 ukraynalı əsgər əsirlikdən vətənə qaytarılıb. Bunlar Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləridir, onlardan ikisi zabit, sıravi və serjantdır. Onlar müxtəlif istiqamətlərdə döyüşlərdə iştirak ediblər, onlar arasında yaralananlar da var. Sərbəst buraxılanların hamısı fiziki və psixoloji reabilitasiya, reinteqrasiya kursundan keçəcək və həkimlərin dəstəyi ilə lazımi müalicə alacaqlar”, - Yermak vurğulayıb.

Turan İSMAYIL

222