Litvanın müdafiə naziri istefaya gedə bilər

 16:44 07.08.2023     257

Litva müdafiə nazirinin istefaya getməsi mümkündür.

Redaktor.az xəbər verir ki, bu barədə Litvanın Baş naziri İnqrida Şimonite jurnalistlərə məlumat verib.

Litva hökumətinin başçısı müdafiə naziri Arvidas Anuşauskasın tankların alınması ilə bağlı açıqlamalarına görə istefaya getməsinin mümkünlüyünü istisna etməyib. Bu, məxfi məlumatların açıqlanması kimi qiymətləndirilə bilər.

Xatırladaq ki, bir müddət öncə Litvanın Almaniyadan 2 milyard avroluq sifariş əsasında tank alacağı barədə məlumat yayılmışdı.

Ölkənin Baş Prokurorluğu müdafiə nazirinin tankların alınması planları ilə bağlı açıqlanmasına görə araşdırmaya başlayıb.