Zelenski Roma Papasını Ukraynaya dəvət edib

 16:55 07.08.2023     298

“Mən şəxsən Roma Papasını Ukraynaya, onun gələ biləcəyi istənilən şəhərə dəvət etdim... Mən onunla Ukraynada sülh düsturunun dəstəklənməsi məsələsini müzakirə etməyi planlaşdırırdım”.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Argentinanın “Nacion” nəşrinə müsahibəsində Roma Papası Fransiskin Ukraynaya səfər edə biləcəyinə və onunla Ukrayna “sülh formulunu” dəstəkləmək məsələsini müzakirə edə biləcəyi barədə syalı cavablandırarkən deyib.

Müsahibə zamanı Zelenski İtaliyanın Yepiskop Konfransının rəhbəri kardinal Matteo Zuppinin Ukrayna münaqişəsinin həlli üzrə papa elçisi kimi fəaliyyətini də yüksək qiymətləndirib.

Müqəddəs Taxt-Tacın mətbuat katibi Matteo Bruni mayın 20-də jurnalistlərə bildirib ki, Papa Fransisk kardinal Zuppiyə Ukraynadakı münaqişədə gərginliyin azaldılmasına töhfə verəcək missiyanı yerinə yetirməyi tapşırıb.

Zuppi iyunun 5-6-da Kiyevə səfər edib. İyunun 28-30-da isə Moskvada səfərdə olub.

Turan İSMAYIL