Zelenskiyə sui-qəsd etmək istəyən qadın saxlanıldı

 17:35 07.08.2023     306

Ukrayna Təhlükəsizlik Xidməti Prezident Volodimir Zelenskiyə qarşı sui-qəsddə iştirak edən qadını saxlayıb.

Redaktor.az news.ru-ya istinadla xəbər verir ki, qurumun mətbuat xidmətinin məlumatına görə, təhlükəsizlik xidməti işçiləri Ukrayna prezidentinin Nikolayev vilayətinə səfəri zamanı Rusiya aviasiyasının zərbəsi endirməyə hazırlaşan rusiyalı xəbərçini saxlayıb.

İddialara görə, qadın Zelenskinin ziyarət edəcəyi vaxtı və yeri təyin etməyə çalışıb. Bundan əlavə, Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, Nikolaev sakini Oçakov ərazisində Ukrayna Silahlı Qüvvələrinin elektron döyüş texnikası və sursat anbarlarının yerini müəyyənləşdirməyə çalışıb.

Turan İSMAYIL