Qriqoryan Əhmədianla Ermənistan-İran əlaqələrini müzakirə etdi

 19:04 07.08.2023     276

Avqustun 7-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla telefon danışığı aparıb.

Redaktor.az "aysor.am"a istinadla xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının məlumatında deyilir.

"Armen Qriqoryan Əli Əkbər Əhmədianı İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə başlaması münasibətilə təbrik edib və ona dost İran xalqının rifahı naminə bu mühüm vəzifədə uğurlar arzulayıb.

Telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-İİR iqtisadi əməkdaşlığı, eləcə də gələcək qarşılıqlı fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparıblar", - deyə məlumatda bildirilir.

Turan İSMAYIL