Rusiyada İkinci Dünya müharibəsinə aid kütləvi məzarlıq TAPILDI

 20:31 07.08.2023     406

Rusiyanın Leninqrad vilayətinin Volosovo şəhərindən 1,5 km aralıda İkinci Dünya müharibəsinə aid kütləvi məzarlıq tapılıb. 

Redaktor.az “izvestya”ya istinadən xəbər verir ki, bu barədə regional İstintaq Komitəsi öz saytında məlumat yayıb. 

Bldirilib ki, məzarlığa baxış zamanı 100-ə yaxın insanın, o cümlədən uşaqların skelet qalıqları, şəxsi əşya və geyim parçaları aşkar edilib.

Ölənlərin yaşını, cinsini və ölüm səbəblərini müəyyən etmək üçün götürülmüş meyitlər məhkəmə-tibbi ekspertizasına təqdim edilib. 

Yusif EYVAZLI