Skuterlə qadını vurub öldürdü

 20:44 07.08.2023     450

Rusiyanın paytaxtı Moskvada elektrikli skuterdə olan kişi 32 yaşlı qadını yıxaraq öldürüb.

Redaktor.az xəbər verir ki, bu barədə Reqnum-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. 

“Skuterdə olan kişi yolu keçən qadını vurub” - agentliyə məlumat verilib. 

Hadisə iyulun 20-də Nijnyaya Krasnoselskaya küçəsində baş verib. Qadın Sklifosovski adına Elmi-Tədqiqat İnstitutuna aparılıb və ona hər iki topuğun və sol baldır sümüyünün arxa kənarının qapalı sınığı diaqnozu qoyulub. Avqustun 2-də o, vəfat edib. 
İki gün sonra polis onu vuran 22 yaşlı gənci saxlayıb.

Qeyd edilib ki, bu gün də Moskvanın şimalında beş yaşlı uşağı elektrik skuter vurduğu xəbəri yayılıb. Uşaq başından ağır xəsarətlər alıb, dizi və omba nahiyəsindən xəsarət alıb.

Turan İSMAYIL