Ana iki yaşlı oğlunun qollarını və kürəyini şüşə ilə KƏSDİ

 21:00 07.08.2023     317

Rusiyanın Primorsk şəhərində 27 yaşlı qadın iki yaşlı oğlunu bıçaqlayıb. 

Redaktor.az “Lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə  Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Avqustun 4-də ana yaşadığı mənzildə körpəni əvvəlcə əlləri ilə, sonra isə şüşə butulka parçası ilə döyməyə başlayıb. O, uşağın qollarına və kürəyinə çoxlu kəsilmiş yaralar vurub. Təhlükəsizlik qüvvələri təqsirləndirilən şəxsi saxlamağa nail olub.

Hadisə ilə bağlı cinayət işi açılıb. 

Yusif EYVAZLI