Türkiyə Təhlükəsizlik Şurası taxıl sazişini müzakirə edəcək

 21:39 07.08.2023     277

Türkiyə Milli Təhlükəsizlik Şurasının avqustun 9-da prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasında taxıl tədarükü və taxıl dəhlizi mövzusu müzakirə olunacaq. 

Redaktor.az “Tass”a istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisindəki mənbə bildirib.

"Çərşənbə günü cənab prezidentin sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Terrorla mübarizə, Ukraynadakı vəziyyət, eləcə də Rusiyanın taxıl sazişindən çıxması ilə dayanmış taxıl tədarükü müzakirə olunacaq.", - agentliyin həmsöhbəti bildirib.

Yusif EYVAZLI