İran əsilli amerikalı həbs edildi

 23:02 07.08.2023     301

İran əsilli amerikalı “casusluq ittihamı ilə” həbs edilib.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Xorasan qəzeti məlumat yayıb.

Qeyd olunub ki, iran əsilli amerikalı “casusluq ittihamı ilə” həbs edilib.

Bununla da İrandakı ABŞ məhbuslarının sayı 5-ə çatıb.

Məlumata görə, həmin şəxs əvvəllər Əfqanıstanda qeyri-hökumət təşkilatlarında işləmiş iran əsilli amerikalı qadındır.

Bildirilib ki, o bir neçə həftə əvvəl İranda həbs edilib və Vaşinqton Tehranla məhbus mübadiləsi sazişinin icrasını o azad olunana qədər dayandırıb (apa).